Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə tapşırığı “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman ilə verib.
Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyinə verilir.