Vaxt.Az

“Xalq Bank” “mənfi”dən çıxdı


 

Beynəlxalq kredit agentliyi “Moody's” bankın reytinqini dəyişdi

“Xalq Bank” “mənfi”dən çıxdı Beynəlxalq kredit reytinqi agentliyi “Moody's Investors Service” “Xalq Bank” ASC-nin depozit reytiniqinin pornozunu dəyişib.

Bankın yerli və xarici valyutada “B3” səviyyədə olan depozit reytinqinin proqnozu “mənfi”dən “müsbət”ə qaldırılıb. “Müsbət” proqnoz reytinqin yüksəldiləcəyi ehtimalını gücləndirir, eyni zamanda “Xalq Bank”ın vəziyyətinin yaxşılaşdığına işarədir.

Həmçinin, Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments - BCA) “caa1” səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqi  (CR Assessments) “B2/Not Prime” səviyyəsində təsdiq edilib.

“Moody's” qeyd edib ki, “Xalq Bank”ın reytinqinin proqnozunun “mənfi”dən “müsbət”ə yüksəldilməsi  bankın aktivlərin keyfiyyətinin yaxşılaşmasını və bankın nisbətən yaxşı kapital buferini əks etdirir.

Həmçinin reytinqin proqnozunun yüksəldilməsi bankın sabit maliyyələşmə və likvidlik profilləri tərəfindən dəstəklənir.

 





07.07.2018    çap et  çap et