Vaxt.Az

Məşhur “kölgə milyonçusu” intihar etdi


 

Nikolay Qabrielyan özünü güllələdi

Məşhur “kölgə milyonçusu” intihar etdi Ermənistanın paytaxtı İrəvanda 69 yaşlı erməni milyonçu Nikolay Qabrielyan intihar edib. “Report” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Nikolay Qabrielyan Qazi Kolya təxəllüsü ilə də tanınırmış. O, “Transqaz” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olub.

Onun özünü güllə ilə başından vurduğu iddia edilir.

Bildirilir ki, Nikolay Qabrielyan Ermənistanda “kölgə milyonçuları”ndan biri olub. O, Ermənistanda cinayətkar aləmin tanınmış üzvlərindən sayılan Ara Vardanyanın (Çvçv Aro) qayınatası imiş. Vardanyan isə 2017-ci ilin yayında ölüb.

 





09.07.2018    çap et  çap et