Vaxt.Az
Kartı olmayan qalmasın!
“Kapital Bank”ın 3 milyona yaxın ödəniş kartı var
“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində bir sıra işlər həyata keçirir. Bank ödəniş kartları üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, müştərilər hesaba minimum 20 AZN ilkin mədaxil etməklə 2 illik Visa kartlarını əldə edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.“Kapital Bank” Visa International beynəlxalq ödəniş
sisteminin üzvüdür. Ödəniş kartlarını Kapital Bank filiallarında və ya Bankın
korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan
manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3
il müddətinə təklif edir.
Qeyd edək ki, hazırda dövriyyədə “Kapital Bank”ın 3 milyona
yaxın ödəniş kartı var. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri
fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət
göstərməsində müsbət amil hesab olunur. “Kapital Bank”ın ölkə üzrə 600-dək
bankomatı, 9000-dək POS terminalı vardır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital
Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və
xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.
10.07.2018 çap et