Vaxt.Az

“Brexit” hər iki tərəfi vurdu


 

Avro və funt-sterlinqdə ucuzlaşma

“Brexit” hər iki tərəfi vurdu İngiltərə hökumətində “BREXIT” fonunda fikir ayrılıqları, dövlət nümayəndələrinin istefaları və prosesin Avropa ilə danışıqlara təsiri diqqət mərkəzində.

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma müşahidə edilir. Belə ki, Avropa ilə İngiltərə arasında “BREXIT” mövzusunda gözləntilər və risklər avro/dollar və funt/dollar məzənnələrinə mənfi təsir edir.

Avro/dollar məzənnəsi 1.18 dollara kimi bahalaşdıqdan sonra 1.17 dollara kimi ucuzlaşıb və 1.1726 dolları da aşağı istiqamətdə qırarsa, 1.1616 dollara kimi ucuzlaşa bilər. Funt/dollar məzənnəsi də bazar ertəsi 1.32 dollara kimi 1.3 faiz ucuzlaşıb və 1.31 dollara kimi ucuzlaşa bilər.

Yaponiyada isə güclü təbii fəlakət ilə bağlı xəbərlər dollar/yen məzənnəsinin 0.7 faizə kimi bahalaşmasına səbəb olub. 111.08 yenə kimi bahalaşan məzənnə 111.13 yeni də yuxarı istiqamətdə qırarsa, 111.70 və 112.30 yenə kimi - son yarım ilin maksimum səviyyəsinə kimi də bahalaşa bilər. Ölkədə güclü yağış və torpaq sürüşmələri Yaponiyanın cənub-qərb regionunda çoxlu insan tələfatına səbəb olub, şəhərlər su altında, işıq və enerjisiz qalıb.

Bu gün Bakı vaxtı ilə saat 12:30 və 13:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin sənaye sektoru və Avrozona iqtisadiyyatı ilə bağlı gələcək gözləntiləri ölçən indeks investorların diqqət mərkəzindədir.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 





10.07.2018    çap et  çap et