Bunu Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın tanınmış politoloqu Aleksandr Dugin Federal xəbər agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi vədləri yerinə yetirməyə hazırlaşmır. Və bu, Azərbaycan, Rusiya, Ermənistan rəhbərliyinin bundan əvvəl əldə etdiyi razılıqların həyata keçirilməsində çətinliklər yaradıb.
“Rusiya Ermənistanla əlaqələri inkişaf etdirirdi. Rusiya bu zaman regional ittifaqların və Azərbaycanın maraqlarını nəzərə alırdı. Paşinyan isə bu modeli dağıdır. Mən anlayıram ki, ermənilər Ermənistanın əvvəlki rəhbərliyinə çox mənfi münasibət bəsləyirdilər. Amma bu o demək deyil ki, geosiyasi konstruksiyanı dağıtmaq lazımdır. Bu, çox təhlükəlidir”, - deyə Dugin bildirib.
Ekspert Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevanı geosiyasi razılıqları pozmamaqla bağlı xəbərdarlıq etdiyini də xatırladıb.
Qeyd edək ki, Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova ittiham irəli sürülməsinə görə, Ermənistan hakimiyyətini tənqid etmişdi.
“Halbuki Lavrov son dərəcə mülayim insandır. O həmin adamdır ki, Kremlin Ermənistan hakimiyyəti barəsindəki mövqeyini yumşaldıb”- deyə əlavə edib.
Onun sözlərinə görə, Paşinyanın addımları Qarabağ cəbhəsindəki situasiyaya da təsir edə bilər.
“Mən bu yaxınlarda Qarabağda idim (Cocuq Mərcanlını nəzərdə tutur). Və gözəl anlayıram ki, Qarabağda sülh çox kövrəkdir və onu dəstəkləmək çətindir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi hərbi ittifaqın dağılmasına gətirib çıxara bilər”.
Dugin daha sonra qeyd edib: “Yalnız bir çıxış yolu var. Ya paşinyan özünə gəlib dövlətinin və xalqının strateji maraqlarını nəzərə almalıdır, avantüraya, xəyanətə getməməlidir. Ya da ermənilər anlamalıdırlar ki, səhv ediblər. Buna görə də, yenidən inqilab təşkil edib başqasını hakimiyyətə gətirməlidirlər... Ruslar – bu böyük gücdür. Ayı kimi. Ermənistan ona sataşmamalıdır. Təsəvvür edin, ayı qab-qacaq dükanına girir. Daha onun quyruğunu yandırmaq nəyə lazımdır? Belə olsa, nə qab-qacaq qalacaq, nə dükan nə də dükançı”.
Qeyd edək ki, Yerevan birinci instansiya məhkəməsi Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək, Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçdi.
İyulun 27-nə keçən gecə, saat 00:15 radələrində elan etdi.
Robert Köçaryan 2 ay müddətinə həbs olunub.
Məhkəmənin daha bir qərarı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi general-polkovnik Yuri Xaçaturov barəsində də eyni maddə üzrə ittihamla həbs cəza tədbiri seçilib.
Lakin Yuri Xaçaturov istintaq müddətində iki aylıq həbsdə keçirməyəcək. O, elə həmin gecə 5 milyon dram (təxminən 10 min dollar) girov müqabilində azadlığa buraxılıb.
Həm Robert Köçəryan, həm Yuri Xaçaturov 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur, Ermənistan Xüsusi İstintaq Xidmətinin iyulun 26-da yaydığı məlumatda deyilir.
Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.
Aqşin KƏRİMOV