Vaxt.Az

Qlobal Sazişin prinsipləri ilə tanışlıq


 

Mingəçevir sahibkarları ilə görüş keçirilib

Qlobal Sazişin prinsipləri ilə tanışlıq Mingəçevir Regional QHT-lərin Resurs və Təlim mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İB-nin rəhbəri Füzuli Əsədovun təşkilatçılığı ilə “Sahibkarlıq subyektlərinin inkişafında Qlobal Saziş prinsipləri” layihəsi çərçivəsində təlimlər keçirilib. Tədbirin təlimçisi Tofiq Həsənov layihə barədə geniş məlumat verərək qeyd edib ki, Qlobal Saziş məsul və dayanıqlı korporativ siyasət və təcrübələrin hazırlanması, icrası və açıqlaması üçün liderlik platformasıdır: İlk dəfə Qlobal Saziş ideyası 1999-cu ildə Davosda keçirilən iqtisadi forumda BMT-nin baş katibi Kofe Annan tərəfindən irəli sürülüb. Bu saziş öz fəaliyyət və strategiyalarının insan hüquqları, əmək, ətraf mühit və korrupsiyaya qarşı mübarizə sahəsində bütün dünyada qəbul edilmiş 10 prinsip uyğunlaşdırmaqla, qərarlı şirkətlər üçün strateji siyasət təşəbbüsü olaraq xidmət göstərir.

Qeyd olunub ki, Azərbaycanda 2006-cı ildə bir sıra özəl müəssisə və təşkilatlar Qlobal Sazişdə iştiraka maraq göstərməyə başlayıb. Hazırda Azərbaycanda şəbəkənin 19 üzvü var, bunlardan 7-si biznes sektoru, 9-u Vətəndaş Cəmiyyəti Təşkilatlarını, 2-si isə akademik sektoru təmsil edir.

Tofiq Həsənov  onu da vurğulayıb ki, bu 10 prinsip bugünkü günə dünyanın 6 min  iri  şirkəti tərəfindən qəbul olunur və 130 dan çox ölkə bu sazişə qoşulub: ”Burada əsas prinsip insanların əmək, iş prosesində, işəgötürənlərlə işçilər və yeri gələndə dövlət  arasında  bəzən üçtərəfli, bəzən də ikitərəfli müqavilələrin qiymətləndirilməsi və həmin müqavilələrə uyğun hərəkət olunmasından söhbət gedir. Bunun üçün onların hüquqlarının müdafiə olunması, əmək prinsipləri, uşaq əməyinin və korrupsiyanın qadağan olunması nəzərdə tutulur.

 





07.08.2018    çap et  çap et