ABŞ-ın kapital bazarlarına nəzarət edən qurum (SEC) kriptovalyuta yönümlü investisiya fondları ilə bağlı qərarını təxirə salıb. SEC-in qərarından sonra kripto valyuta bazarlarında geriləmə baş verib. “Bitcoin”in qiyməti iyul ayından bu yana ilk dəfə 6 min 500 dollardan aşağı düşüb.
“Bitcoin”in ucuzalaşması 6 faiz, “Ripple”da 10 faiz, “Ether” və “Litecoin”də isə 3 faiz təşkil edib.
SEC0-in qərarı vermək üçün 30 Sentyabra qədər vaxtı var. Keçən ay investisiya fondlarının SEC-dən razılıq alacağına dair nikbin gözləntilər və böyük maliyyə təşkilatlarının kriptovalyutalara dəstək verərəcəkləri barədə açıqlamalarına kriptovalyuta bazarında yuxarı istiqamətli bir təkan baş vermişdi.