Bəzən belələri özünü o qədər arxayın, toxunulmaz hiss edir ki, açıq təhdidlərdən, əlinə su tökməyə yaramadıqları şəxsləri təhqir etməkdən bələ çəkinmirlər. Əslində qidalandıqları mənbələrdən sifariş aldıqları heç kimə sirr deyil.
Dünyanın istənilən ölkəsində bu kimi hallara qarşı gizli və ya açıq formada o qədər sərt reaksiya verilir ki, belələri rüşeym ikən məhv edilir. Ancaq Azərbaycandakı tolerant və humanist mühiti onların düzgün dəyərləndirə bilmədiklərini əvvəldə qeyd etdik.
Belə varlıqlar:
1. Bütün həqiqi dəyərləri (təhsil daxil) təhrif edir və ya gözdən salmağa çalışırlar;
2. Aldıqları sifarişi yerinə yetirmək üçün radikallıqdan belə çəkinmirlər;
3. Öz “ideyaları”nın açıq təbliği ilə məşğul olurlar;
4. Vahid mərkəzdən idarə olunan qruplaşmalarda təmsil olunurlar;
5. O qədər uğurlu biznes qura bilməsələr də, üzv olduqları şəbəkənin dəstəyi hesabına “Uğurlu iş adamı” imici yaradırlar;
6. Bir sıra hallarda isə buqələmunluq edərək maskalanırlar;
7. Sosial şəbəkələr vasitəsilə fəal virtual təbliğat aparırlar.
Elə sonuncu bənddə qeyd olunan məqamda daha diqqətli olmalı, onların virtual fəallığına laqeyd yanaşmamalıyıq. Nəzərdən qaçırmaq olmaz ki, belələri təşkilatlanmış olduqları üçün sosial şəbəkələrdə biri-birini müdafiə edir, “haqsızkən haqlı” durum yaratmağa çalışırlar.
Odur ki, BAŞQAsına yan çıxan, BAŞQAsına yan olmaqdan “qürur duyan”lara əslində nə olduqlarını, “hansı yuvanın quşu olduqlarını” açıqca deməliyik! Anlatmalıyıq ki, “İNANDIQLARINIZ” belə sizə inanmır, sizi yarı yolda qoyacaq, bunu bilin!