Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti son iki ayın maksimum səviyyəsini qıra bilməyib, yenidən ucuzlaşmağa başlayıb. Artıq 0.5 dollara kimi ucuzlaşaraq cari həftənin minimum səviyyələrində ticarət edilən qiymətin daha da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Nəticədə avro/dollar məzənnəsi də 1.1620 dollara kimi bahalaşıb və bu məzənnə 1.1630 dolları da yuxarı istiqamətdə qırarsa, Avropa valyutasının dəyəri 1.1700 dollara kimi qalxa bilər. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 5.31TL ətrafında ticarət edilir və bu məzənnə 5.29 TL-ni aşağı istiqamətdə qırarsa, ABŞ valyutası 5.25 və 5.21TL-yə kimi də ucuzlaşa bilər.
***
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1215 dollara (39.09 dollar/qram) ticarət edilməkdədir və 1216 dolları (39.10 dollar/qram) yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 1222 dollara (39.28 dollar/qram) kimi də dəyər qazana bilər.
Bu gün dolların ucuzlaşması fonunda 1%-a kimi dəyər qazanan qızıl qiymətlərinin, dünyada siyasi və iqtisadi risklərin yenidən artması ilə gələcəkdə artım dalğasının daha güclü ola biləcəyi proqnozlarını da gücləndirir.