Vaxt.Az

Lirə rekord həddə düşdü


 

Ərdoğan isə nikbindir

Lirə rekord həddə düşdü Türkiyənin nümayəndə heyətinin ABŞ-da danışıqlar aparmasına və Prezident Rəcəb Tayyib Ərdoğanın iş dünyasına “hər şey düzələcək” sözü verməsinə baxmayaraq Türk Lirəsi Dollar qarşısında dəyərdən düşür.

Bakı vaxtı ilə saat 11:10-da dolların məzənnəsi 2,72 faiz yüksələrək 5,4227 lirəyə bərabər olub.

Dünən iş dünyası təmsilçilərini qəbul edən Prezident Ərdoğan, Türkiyə ilə ABŞ gərginliyi məsələsinə dair, “Ağlabatan müddət ərzində hər şey düzələcək. Bazarlar sakitləşəcək. Heç qorxmayın, hamısı keçəcək. Vətəndaş nəyin haradan gəldiyinin fərqindədirlər” deyib.

Keşiş Endryu Bransonun həbsi və ABŞ-ın sanksiya qərarları ilə Türkiyə və ABŞ arasında böhran yaranıb.

 





09.08.2018    çap et  çap et