Yadınızdan çıxmayıbsa, bu komanda səfərdə nə qədər uğur qazanıb.
İlk gündən bu fikirdəyəm – “Qarabağ” indiki BATE-dən daha üstün komandadır. Bizimkilərin dünən ikinci hissədəki yaxşı oyunu bunu təsdiqləməklə yanaşı, cavab matçı üçün də böyük bir ümid yeri qoydu.
Əlbəttə, səhvlər oldu (mənə görə, Slavçevdənsə əsas heyətdə Ozobiç oynasaydı, yaxud meydana 80-ci dəqiqədə deyil, daha tez çıxsaydı nəticə başqa cür olardı), bəxtsizlik də (liderlərdən Daninin oyunöncəsi zədələnməsi, Rəşadın qolla nəticələnən gözlənilməz səhvi). Amma bunlar məğlubiyyətə bəraət ola bilməz. Futbol səhvi bağışlamır. Necə ki, bağışlamadı da.
Amma yenə o fikrə qayıdıram - BATE-ni səfərdə məğlub etmək möcüzə filan olmaz. “Qarabağ”ın futbolçularının açıqlamalarına baxdım, ruhdan düşməyiblər, hamısında inam var. İndiki halda bu, çox vacib məqamdır. Deməli, uduzsa da, komanda psixoloji olaraq sınmayıb. Bu mənada, belə həssas anda ən çox bəzi azarkeşləri ağlaşma qurub “Qarabağ”ı ruhdan salmaqdansa, mənən komandalarının yanında olub futbolçulara güc verməlidi. Bu gün bu dəstək onlar üçün çox vacibdir. Həm də unutmayaq ki, futbolçuların, məşqçi heyətinin sosial şəbəkədə yazılanlardan xəbərləri olur və inamsız fikirlər futbolçulara mənfi təsir edir.
Yəni gəlin, bir az səbirli olaq. Hə, yadıma düşmüşkən, səhvləri varsa, Qurban Qurbanov da, futbolçular da, “Qarabağ” klubunun rəhbərliyi də sağlam məntiqlə tənqid olunmalıdı. BATE səviyyəsində komandaya məğlubiyyətə görə isə komandaya təşəkkür edilməməlidi. Bu duzsuz yanaşma hər şeydən əvvəl “Qarabağ”ın özünün - onun uzun illərin zəhməti bahasına qazandığı müsbət imici zədələyə bilər.
Bir həftə sonra (14 avqust) Belarusda cavab oyunu olacaq. Bu müddət Qurban Qurbanova səhvləri təhlil etməyə, yeni taktiki planlar qurmağa imkan verəcək. Dünən də gördük, “Qarabağ” özünə gələndə təhlükəli vəziyyətlər yaradır, qola yaxın olur. Burda vura bilməyibsə, orda vurar.
Hər şey yaxşı olacaq.