İran prezidenti Həsən Ruhani KXDR-in xarici işlər naziri Li Yon Ho ilə görüşdə bildirib ki, ABŞ etibar ediləsi tərəfdaş deyil.İRNA xəbər verir ki, Ruhani bununla bağlı deyib: “Son illərdə ABŞ-ın hərəkətləri ona gətirib çıxarıb ki, Amerika administrasiyası dünyada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən etibarsız tərəfdaş kimi tanınır”.
Qeyd olunduğuna görə, Li Yon Ho avqustun 7-də İrana rəsmi səfərə gəlib.
çap et