Virtualaz.org saytının həmin görüşdə iştirak edən müxbir xəbər verir ki, V.Verdiyev şikayətlərinə baxılmadığını və icra hakimiyyətinə getsə də başçının qəbuluna düşə bilmədiyini dedi. H.Abutalıbov da jurnalistlərin qarşısında Qaradağ rayonunun icra başçısına zəng edərək V.Verdiyevi qəbul etməsini və şikayətlərinə baxmasını tapşırdı.
V.Verdiyev isə bundan mütəəssir olaraq «Hacıbala müəllim, burada iki kişi var. Bir siz, bir də İbrahim müəllim (Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevi nəzərdə tutub - red.)» dedi.
H.Abutalıbov isə V.Verdiyevin bu sözlərinə cavab olaraq «yox, elə deyil, bu ölkədə bir kişi var, o da cənab prezidentdir» deyə bildirdi.