Vaxt.Az

“Dollar, mollar ...”


 

Ərdoğan yastıq altındakı valyutanı dəyişməyə çağırır

“Dollar, mollar ...” Prezident Ərdoğan Bayburtda yerli sakinlər qarşısında çıxışı zamanı bir daha ölkənin milli valyutasının dəyər itirməsi probleminə toxunub, əhalini “yastıq altında saxladıqları dollarları çıxarıb dəyişdirməyə çağırıb”.

“Dollar, mollar bizim yolumuzu kəsə bilməz, heç narahat olmayın. Buradan təkrar söyləyirəm,yastığının altında dolları, valyutası, qızılı olan varsa Türk Lirəsi ilə dəyişsin. Bu yerli və milli mübarizədir. Bizə qarşı iqtisadi müharibə elan edənlərə millətimin cavabı olacaq. Bu gün də deyilsə bəs nə zaman? Yerli paramızla bunların cavabını verək”, - Ərdoğan bildirib.


***


Maliyyə naziri və Ərdoğanın kürəkəni Berat Albayrak isə bu dəqiqələrdə hökumətin yeni iqtisadi qənaət proqramını açıqlamayır. Proqrama əsasən büdcə xərclərində 35 milyard TL həcmində qənaət nəzərdə tutulur.


***


Türkiyədə bu gün səhər saatlarında 6 lirəni keçən ABŞ dolları hazırda bir qədər geriləyib və bir neçə saat təqribən 5.9 lirə səviyyəsində qalıb. Lakin saat 16:30 radələrində əvvəl yenidən 6 lirəni keçib. ABŞ prezidenti Donald Trampın gomrük tarifi ilə bağlı tvitindən sonra isə lirə dollar qarşısında necə deyərlər uçub. Bakı vaxtı ilə saat 17:30-da 1 Dollar 6.7844 lirəyə bərabər olub. Ümumilikdə bu gün lirə 22 faizdən çox ucuzlaşıb.


 





10.08.2018    çap et  çap et