Bununla əlaqədar Nəqliyyat Nazirliyinin «Azeryolservis» ASC sürücülərə müraciət edib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə bildirib ki, qeyd olunan hissədə yol 3 gün müddətinə yalnız birtərəfli qaydada bağlanacaq.
«Sürücülər üçün bu müddət ərzində Böyük Şor qəsəbəsindən «20 Yanvar» metro stansiyası istiqamətində yol açıq olacaq, əks istiqamətdə isə bağlanacaq. Odur ki, sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur», - deyə P.Mürsəliyev bildirib.
Xatırladaq ki, «Azeryolservis» ASC-nin rəhbəri Milli Məclisin deputatı Cavid Qurbanovdur.