«Trend»-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
M.Yevdayev qeyd edib ki, Azərbaycan xalqının özünün Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək iradəsini heç kim qıra bilməz: «Biz həmişə bir yerdə olmuşuq, indi də bir yerdəyik. Xocalıda axıdılan nahaq qanları yerdə qoymayacağıq. Biz Qarabağın, bütün işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını istəyirik. Bizi heç kim sındıra bilməyib, sındıra da bilməz».