Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan milli valyutanın sürətlə dəyər itirməsinə ötən bazar günü Trabzonda tərəfdarları qarşısında çıxışı zamanı yenə toxunub. “Bunun adı Türkiyəyə qarşı operasyon çəkməkdir”-Ərdoğan lirənin dəyərdən düməsinə görə ABŞ-ı ittiham edərək deyib.
“Biz gördüyümüz dostluqlar qarşısında nə qədər qədirbiləniksə məruz qaldığımız dümənliklərin cavabını da misli ilə verəcək qədər qətiyyətli ölkəyik. 81 milyonluq bir ölkə ilə strateji müttəfiqliyini terror təşkilatları ilə münasibətləri uğrunda fəda edənə sadəcə hadi, gülə, gülə deyirik”-Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə onun ölkəsində yaşananların iqtisadi səbəbləri yoxdur. Məsələ siyasidir və məqsəd Türkiyəni maliyyədən tutmuş siyasətə qədər bütün sahələrdə təslim almaqdır. Türkiyəyə və türk millətinə diz çökdürməkdir. “Ona görə də buradan, Trabzondan elan edirəm. Oyununuzu gördük və sizə meydan oxuyuruq”, - Ərdoğan deyib.
***
12/08/2018 23:49
Asiya birjalarında həftənin ilk alış-veriş sessiyasında ABŞ dollarının məzənnəsi Türkiyənin milli valyutası – lirəyə nisbətdə görünməmiş həddə yüksəldi.
Vitualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, hazırda birjalarda Türkiyə lirəsi / ABŞ dolları nisbəti 7,21-ə bərabərdir.
Xatırladaq ki, cümə günü birjalar 6,4 səviyyəsində qapanmış və ekspertlərin əksəriyyəti yeni həftənin başlanğıcında Türkiyə lirəsinin məzənnəsinin daha da enəcəyini bildirmişdilər.