Virtualaz.org “MixTV”yə istinadən xəbər verir ki, bu barədə jurnalist “Görüşdük-danışdıq” verilişindəki çıxışında deyib.
Onun sözlərinə görə, ölümünə az qalmış Listyevə zəng edib hədə-qorxu gəlmişdilər. Zaxarov deyir ki, narazılar arasında televiziyadakı reklamdan gəlir götürmək istəyənlər vardı.
“Təbii ki, o bunu ləğv edə bilməzdi”, - deyən jurnalist əlavə edib ki, telekanalın illik büdcəsi az qala 250 milyon dollara çatırdı.
“İşlərin belə gedişindən itirən hamımıza çox yaxşı tanış olan bir adam vardı ki, onun ölüsünü sonralar Londondakı evində tapdılar”, - jurnalist bununla oliqarx Berezovskiyə eyham vurub.
Xatırladaq ki, Vladislav Listyev 1995-ci ilin mart ayının 1-də qətlə yetirilib. Bu qətl hadisəsi hələ də açılmamış qalır.