Bununla belə Mərkəzi Bankın maliyyə bazarlarına müdaxiləsi o qədər də effektli olmayıb və lirə təkcə bugünkü hərraclarda dəyərinin daha 7 faizdən çoxunu itirib.
Son məlumata görə maliyyə bazarlarında vəziyyəti sabitləşdirmək naminə hakimiyyət hüquq-mühafizə orqanlarını da işə salıb. İstanbul Cümhuriyyət prokurorluğu “iqtisadi təhlükəsizliyi təhdid edən şəxs və ya şəxslər” barədə təhqiqat başlatdığını elan edib.
Prokurorluğun açıqlamasında deyilir ki, “Türkiyəyə qarşı iqtisadi hücumlara xidmət edən hər cür yönləndirici xəbər və görüntü yayanlar, sosial media hesablarından iqtisadi təhlükəsizliyi təhdid edən paylaşmalar həyata keçirənlər” barədə araşdırma başladılıb. Prokurorluğun bildirdiyinə görə Türkiyəyə qarşı iqtisadi hücumlar 15 iyul hərbi çevriliş cəhdinin arxasındakı qüvvələr tərəfindən həyata keçirilir.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında isə deyilir ki, ölkədə iqtisadi təhükəsizliyi təhdid edən fəaliyyətlərin qarşısının alınması çərçivəsində 345-dən çox sosial media hesabı nəzarət altına alınıb, həmin hesabların sahibləri barədə təhqiqat başladılıb.