Vaxt.Az

“Qərarı alqışlamaq lazımdır”


 

Avropa Şurasının baş katibi İlqar Məmmədovun azad olunması barədə

“Qərarı alqışlamaq lazımdır” Avropa Şurasının baş katibi Torbyorn Yaqland REAL hərəkatının sədri İlqar Məmmədovun azad olunması ilə bağlı qərarı alqışlayıb. Bu barədə Avropa Şurası baş katibinin bəyanatında bildirilib.

“Azərbaycanda Şəki Apellyasiya Məhkəməsinin beş ildən çox həbsdə olan İlqar Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlamaq lazımdır”, - T.Yaqlandın bəyanatında deyilir.

Qeyd edək ki, bu gün Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib.

 





13.08.2018    çap et  çap et