Vaxt.Az

Türkiyəyə iki zərbə birdən


 

Beynəlxalq agentliklər qardaş ölkənin kredit reytinqini aşağı saldı

Türkiyəyə iki zərbə birdən “Moody's” beynəlxalq kredit agentliyi Türkiyənin kredit reytinqini "Ba2"dən "Ba3"ə endirib, reytinqin proqnozunu isə “sabit”dən “mənfi”yə dəyişib.

Agentlik Türk Lirəsinin zəifləməsinə, Mərkəzi Bankın müstəqilliyinə dair narahatlığın artmasına və hazırdakı maliyyə pisləşməsinin səbəblərini dəqiq və etibarlı bir şəkildə ortaya qoyan plan çatışmazlığına diqqət çəkilib.

Yüksələn xarici maliyyələşmə riski ilə bərabər maliyyə şərtlərinin sərtləşməsinin (faizlərin yüksəlməsinin və s.) və valyutanın zəifləməsinin inflyasiyanın yüksəlməsinə və iqtisadi inkişafın zəifləməsinə səbəb ola biləcəyi qeyd edilib.

“Moody's” Mart ayında da Türkiyənin kredit reytinqini "Ba1"dən "Ba2"yə salmış və proqnozunu “mənfi”dən “sabit”ə dəyişmişdi.


***

 

“Standard & Poors” (S&P) beynəlxalq kredit reytinqi agentliyi də Türkiyənin xarici valyutada kredit reytinqini “BB-“dən “B+”a endirib. Reytinqin proqnozu "sabit" olaraq təsdiq edilib.

S&P-dən verilən açıqlamada, proqnozun “sabit” olaraq təsdiq edilməsinin Türkiyənin gələcək 12 aydakı risk balansını əks etdirdiyi qeyd olunub. Həmçinin S&P, Lirənin volatilliyinin yüksək olmasının və tədiyyə balansının Türkiyə iqtisadiyyatına mənfi təsir göstərdiyini edib. Agentlik, Lirənin zəif qalmasının, yüksək inflyasiyanın və yüksək cari kəsirin Türkiyənin kövrək olmasında əsas faktor olduğuna diqqət çəkib.

Bundan əvvəl S&P May ayında Türkiyənin xarici valyutada kredit reytinqini “BB”dən “BB-“yə, milli valyutada reytinqini isə “BB+”dan “BB”yə endirmişdi.

 





16.08.2018    çap et  çap et