Misir Prezidenti Əbdül Fəttah əs-Sisi əcnəbilərə pul qarşılığında vətəndaşlıq verilməsi haqqında qanun layihəsini təsdiqləyib.Bu barədə “Əl Əxbar” nəşri məlumat dərc edib. Mənbə qeyd edir ki, sözügedən qanun layihəsi ölkəyə xarici sərmayə qoyuluşunu dəstəkləmək məqsədilə qəbul edilib.
Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, ölkəyə səfər edən əcnəbi vətəndaşlar hər hansı Misir bankında ən azı 7 milyon Misir funtu (təxminən 400 min dollar) məbləğində hesab açarlarsa, onlara vətəndaşlıq verilə bilər.
çap et