Bu il motor qüsurlarına görə 40 BMW avtomobilinin yanması səbəbindən bu qərarın verildiyi açıqlanıb.
Nazirlik, geri çağırılan avtomobillərin ən qısa müddətdə yoxlanmasının lazım olduğunu qeyd edib.
Qadağa sabah qüvvəyə minəcək. Avtomobilini yoxlanışa aparmayan, mümkün yanğın zamanı günahkar hesab ediləcək və qadağaya əməl etməyənə bir ilə qədər həbs cəzası veriləcəkdir.
BMW isə Cənubi Koreyadakı avtomobillərində baş verən problemin digər ölkələrdə baş vermədiyini və problemin üzərində çalışıldığını açıqlayıb.
BMW, Cənubi Koreyada keçən il 42 model təxminən 106 min maşını geri çağırmışdı.