Bu dəfə səhmlərə görə investorlardan 120 min deyil, 80 min manat tələb olunur.
Müsabiqənin şərtlərinə görə, Cəlilabad rayonundakı şərabçılıq müəssisəsinin fəaliyyətinin bərpasına azı 400 min manat tələb olunur. Müəssisə 1981-ci ildə istismara verilib və Cəlilabad rayonunun Günəşli kəndində yerləşir. İnvestorlardan işləməyən müəssisənin profilini saxlamaq tələb edilmir.