Bakı vaxtilə saat 22:00-da start götürən yarışda Şəhriyar ilk oyunda Birləşmiş Ştatları təmsil edən Uesli So ilə qarşılaşdı. 51-ci gedişdə rəqibi təslim etməyi bacaran şahmatçımız növbəti 4.7 elo xalını aktivinə yazdırdı. Məmmədyarov qazanılan xallarla 2 böyük uğura imza atdı.
Belə ki, şahmatçımız karyerasında ƏN YÜKSƏK XALINI - 2821.7 qazandı və bununla da PLANETİN ən güclü 2-ci şahmatçısı oldu.
Digər tərəfdən Ş.Məmmədyarov DÜNYA ŞAHMAT TARİXİNDƏ gəlmiş keçmiş ən güclü şahmatçılar arasında 5 pillə irəliləyərək 7-ci oldu. Bu inanılmaz bir nəticədir.
Qeyd edək ki, Şəhriyar dünyanın ən güclüsü olması üçün, Maqnusdan cəmi 13.8 xal geri qalır.
Bildirək ki, dünya çempionu M.Karlsen dünənki qarşılaşmada heç-heçəyə razılaşaraq 1 elo xalı itirib. Şəhriyardan əvvəlki dünya 2-cisi Karuana da oyununu bərabərliklə bitirdiyi üçün eyni xalı itirib.
Qeyd: “Sinquefield Cup” superturniri cəmi 9 turdan ibarətdir. Şəhriyar Bakı vaxtı ilə 22:00-da başlayacaq 2-ci turda qara fiqurlarla rus şahmatçısı Aleksandr Qrişuk'a qarşı oynayacaq. Şahmatçımıza bu oyunda da qələbə arzulayırıq.