Vaxt.Az

Bütün dünyanın gözlədiyi an


 

FED sədri çıxış edəcək

Bütün dünyanın gözlədiyi an ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel avqustun 24-də ölkənin Cakson Hol vadisində keçiriləcək Qlobal Mərkəzi Bankların 2 günlük illik konfransında çıxış edəcək.

O, çıxışında dəyişən iqtisadiyyatda pul siyasəti haqqında danışacaq.

“Report”un analitik qrupu hesab edir ki, C.Pauelin açıqlamaları qlobal maliyyə bazarındakı mənzərəyə təsir edəcək. Adətən FED rəhbərləri bu kimi tədbirlərdə gələcək pul siyasətləri barədə bəyanatlar verirlər və investorlar bu bəyanatları ciddi siqnal kimi qəbul edirlər.

Bununla yanaşı, Qlobal Mərkəzi Bankların konfrasında ABŞ-Türkiyə siyasi gərginliyi, qonşu ölkədəki məzənnə böhranı da diqqət mərkəzində ola bilər.

 





20.08.2018    çap et  çap et