Vaxt.Az

“Bir qütbə ehtiyacları var”


 

Köçəryan rusiyapərəstləri ətrafına toplayır

“Bir qütbə ehtiyacları var” Ermənistanın eks-prezidenti Robert Köçəryanın yeni strategiyası barədə siyasi ekspert Armen Badalyan danışıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ekspert Köçəryanın Rusiya yönümlü elektoratı öz ətrafına yığmağa çalışdığını bildirib.

O, Ermənistanın ikinci prezidentinin baş nazir Nikol Paşinyanın siyasətini tənqid etməsinə diqqət çəkərək burada Rusiya yönümlü elektorata müraciət olunduğunu vurğulayıb.

“Robert Köçəryanın bəyanatlarının əsas ünvanı Rusiya yönümlü elektoratdır. Bu seçicilər hələ ki, təşkil edilməyib, onların bir mərkəzə, ətrafında konsolidasiya olunacaqları bir qütbə ehtiyacları var. Düşünürəm ki, ikinci prezident bu mərkəz olmaq istəyir. Bu problemin həllində müvəffəq olub-olmayacağı isə başqa məsələdir”, – Badalyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Exo Moskva” radiosunda çıxışı zamanı Rusiyanın payızda Paşinyanın qarşısına oliqarxlardan ibarət ordu çıxacağını söyləyib.

 





20.08.2018    çap et  çap et