Vaxt.Az

“Müvəqqətidir …”


 

İqtisadçılardan avronun bahalaşmasına münasibət

“Müvəqqətidir …” Dünya valyuta birjalarında avro kimi aparıcı valyutaların dollara nisbətən məzənnələrində bahalaşmaya şübhə ilə yanaşmaq lazımdır.

Beynəlxalq valyuta birjalarında dünya mediasında yayılan iki xəbər avronun dollara nisbətən məzənnəsinin 1.3 faizə kimi bahalaşmasına təsir edib. Buna səbəb Avropada artıq Yunanıstana maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamalar və Almaniyanın xarici ticarətdə növbəti dəfə dünya liderliyini qoruması ilə bağlı statistik məlumatlar olub.

Lakin mütəxəssislər açıqlanan məlumatlara şüphə ilə yanaşırlar. Avropada siyasi və iqtisadi risklər qalmaqdadır. Bununla yanaşı, Amerika Mərkəzi Bankının sərt monetar siyasəti də EUR/USD məzənnəsinə təsir edən əsas güclü amildir. Beləliklə, uzun müddətli perspektivdə cari tendensiya müvəqqəti qiymətləndirilir.

Avro 1.1541 dollara kimi bahalaşdıqdan sonra 1.1509 dollara kimi ucuzlaşıb və sözügedən səviyyənin altında qaldıqca, 1.1485 və 1.1449-a kimi düşə bilər.

Türkiyə maliyyə bazarlarında isə dolların məzənnəsi 6.06 lirəyə ticarət edilməkdədir və 6.20-ni yuxarı istiqamətdə qırarsa, 6.56 lirəyə kimi bahalaşa bilər.

Qeyd etmək lazımdır ki, bu həftə Türkiyədə “Qurban Bayramı” münasibətilə yerli maliyyə bazarının işləməməsi, məzənnənin daha çox beynəlxalq valyuta birjalarında dolların təsiri altında formalaşmasına səbəb olacaq.

P.S. Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 





21.08.2018    çap et  çap et