Vaxt.Az

Dollara “S-400” zərbəsi


 

Türkiyə və Rusiya silah ticarətində ABŞ valyutasından imtina edir

Dollara “S-400” zərbəsi Türkiyə və Rusiya dövlət valyutalarının dəyər itirməsi və dolların möhkəmlənməsi fonunda bir çox birgə layihələr yenidən gündəmə gəlib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu layihələrdən ən diqqətə layiqi 2,5 milyard dollar dəyərində olan “S-400” zenit-raket kompleksləri məsələsidir.

Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dimitri Şuqayev Moskvanın silah ticarətində dollardan imtina etmək niyyətin olduğunu bildirib.

Buna görə Türkiyə ilə razılaşma məsələsində də razılıq əldə olunub.

Belə ki, 2,5 milyard dollarlıq layihənin bir qismi Türkiyə tərəfindən nağd ödəniləcək, əsas hissəsinin isə Rusiya rublu ilə təmin olunacaq kredit vasitəsi ilə ödənilməsi düşünülür.

 





21.08.2018    çap et  çap et