Vaxt.Az

Köçəryanın yolu bağlanıb


 

Paşinyan siyasətdə ona şans görmür

Köçəryanın yolu bağlanıb “Eks-prezident Robert Köçəryanın Ermənistan siyasətində geriyə yolu yoxdur. Yəqin xatırlayırsınız, mən Serj Sərkisyanla görüşümdə dedim ki, o, vəziyyəti düzgün qiymətləndirmir. Növbəti baş nazir seçkilərində də Ermənistanın Respublikaçılar Partiyası Robert Köçəryanın xeyrinə səs verməyəcək”. Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan bildirib ki, Respublikaçılar Partiyası və onun rəhbərliyinin belə bir inamsız addım atması inandırıcı deyil: “Heç bir təşəbbüsə ehtiyac yoxdur. Sadəcə insanlarla söhbət edib vəziyyəti real qiymətləndirmək lazımdır”.

Qeyd edək ki, Robert Köçəryan Ermənistandakı siyasi vəziyyətin onu yenidən hakimiyyətə qayıtmağa sövq etdiyini bildirmişdi.

 





22.08.2018    çap et  çap et