Vaxt.Az

Neft ehtiyatı azalıb


 

1 həftəyə 1.4 faiz geriləmə

Neft ehtiyatı azalıb ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 5.8 milyon barrel (1.4 faiz) azalaraq 408.4 milyon barrelə çatıb. Modern.az xəbər verir ki, bu barədə ABŞ Energetika İnformasiya İdarəsi (Eİİ) məlumat yayıb.

Qurum, həmçinin, ABŞ-ın benzin ehtiyatlarının ötən həftə 1.2 milyon barrel artaraq 234.3 milyon barrel olduğunu açıqlayıb.

ABŞ Energetika İnformasiya İdarəsinin hesabatında xam petrol istehsalında ötən həftə 134 min barrel artım olduğu da qeyd edilib.

Qeyd edək ki, 2019-cu ildə ABŞ-ın xam neft istehsalının gündəlik 11.7 milyon barrelə çatacağı və dünyada ən böyük xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı ehtimal edilir.

 





23.08.2018    çap et  çap et