Vaxt.Az

Ukraynada itkilər


 

Yeni statistika açıqlandı

Ukraynada itkilər Ukraynanın Səhiyyə Nazirliyi paytaxt Kiyevdə fevralın 18-də və 19-da baş vermiş iğtişaşlarda 28 nəfərin həlak olduğunu bəyan edib. Bu gün səhər açıqlanan yeni statistikaya görə, xəstəxanalarda 287 nəfər yatır, onların 88-i hüquq mühafizə orqanlarının əməkdaşıdır.

«Media forum» saytı xəbər verir ki, xəstəxanaya düşənlərin 6-sı jurnalist, 4-ü yeniyetmə, 2-si əcnəbi, 1-i parlamentin deputatıdır (müxalif “Batkivşina” fraksiyasından Vasili Pazinyak).

Fevralın 20-si ümummilli matəm günü elan edilib.

2013-cü il noyabrın 21-də Ukrayna hökuməti Rusiyanın basqılarına dözməyərək Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina edib. Bu imtinadan sonra paytaxt Kiyevdə davamlı etiraz aksiyaları keçirilir və zaman-zaman hüquq mühafizə qurumları ilə toqquşmalara gətirir. Ən qanlı toqquşma fevralın 18-də qeydə alınıb.

Dünən axşam prezident Viktor Yanukoviç müxalifət liderləri Vitali Kliçko, Arseni Yatsenyuk və Oleq Tyaqnibokla görüşüb. Tərəflər güc tətbiqinə son qoyulması razılığına gəliblər. Amma radikal ovqatlı bəzi müxalif qruplar razılaşmanı qəbul etmir.

 





20.02.2014    çap et  çap et