AVS TV-nin verdiyi xəbərə görə, komitənin sədri Kərəm Həsənov bildirib ki, bu sənədlər ASAN Xidmətlə paralel Əmlak Məsələləri Dövlət Komitəsinin özündə də veriləcək. Gələn aydan isə «Forma-1» adlı arayışların onlayn qaydada verilməsinə başlanacaq.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Kərəm Həsənov deyib: «Ədliyyə Nazirliyində isə texniki və təşkilatı məsələlərin hazırlığı gedir. Bizə verilən son məlumata görə, Ədliyyə Nazirliyi mart ayının 3-də bizə şərait yaradacaq ki, vətəndaşlara onlayn rejimdə xidmətlər göstərilsin».
Ümumilikdə 2013-cü il ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 700 min vətəndaşa reyestr xidməti göstərib. Bunlardan 200 mini ilkin qeydiyyatla bağlıdır. Hazırda komitənin göstərdiyi 40-dan çox xidmətdən 16-sı elektronlaşdırılıb. İlin sonuna qədər bu siyahıya daha 15 xidmət əlavə olunacaq.