Vaxt.Az

“Qalib gəlmək istəyiriksə…”


 

Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”

“Qalib gəlmək istəyiriksə…” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat nümayəndələri ilə görüşüb.

Ağdam klubunun baş məqşçisi bu gün baş tutan mətbuat konfransında öncə bunları deyib: “Doğma meydanda, azarkeşlərimizin önündə qələbə qazanmaq istəyirik. Güclü rəqibə qarşı oynayırıq. Rəqib yaxşı müdafiə olunmağı bacarır. Meydanda həddindən artıq soyuqqanlı olmalıyıq. Düzgün oynamağı qarşımıza məqsəd qoymuşuq”.

 

- Zubirin son durumu necədir? Sabahkı oyunda “Qarabağ”a qollar lazım olacaq, hücumda nələri düşünürsüz?

- Sabah tam dəqiq qərar veriləcək. Nisbətən yaxşılaşıb, lakin son qərar sabah veriləcək. Qol vurmaq üçün topla düzgün oynamalıyıq. Oyuna hazırlaşmışıq.

 

- İstər BATE, istərsə də “Neftçi” ilə oyunda qol vurmaq lazım olanda futbolçular sanki stress altında olurdu. Bu haqda fikirləriniz nədi?

- Futbolçular onlardan daha çox şey gözlədiymizi bilir. Bu da onları stressə salır. Stress varsa, deməli, məsuliyyət var. Futbolçu üçün matçın gedişində öz oyununu dəyişmək asan deyil.

 

- Sabah uduzarıq deyə bir fikir varmı futbolçularda?

- Oyundan-oyuna təzyiqlər çoxalır. Sabahkı oyunda məğlub olmağı deyil, qalib gəlməyi düşünürük.

 

- Azarkeşlərə hər hansı müraciətiniz varmı?

- Düşünürəm ki, sabaha 23 min və ya daha çox azarkeş olacaq. Onlar bizi tək qoymayacaqlar.

 

- Millinin sabahkı toplanışında iştirak edəcəksinizmi?

- Hər bir başlanğıca fərqli hazırlaşırıq. Komanda hamısı tam şəkildə yerində olanda daha yaxşı hazırlaşırıq. Hər şey qaydasındadı.

 

- Filip Ozobiç ölkə çempionatında daha yaxşı oyun sərgiləyir. Lakin Avroliqada vəziyyət başqadır. Onun oyunu ilə bağlı nə düşünürsüz?

- Filip oyundan-oyuna daha yaxşılaşacaq. Sabah ondan faydalana bilərik.

 

- Azarkeş sayının az olmasının tribunada polislərin onlara qarşı pis rəftarı ilə əlaqədar olduğunu düşünmürsüz?

- Bu haqda bir söz demək düz olmaz. Bu gün 13 min bilet satılıb. Bəlkə də sabah stadion dolu olacaq. Hər yerdə polis-azarkeş mübahisələri olur. Sabah polislərimizdən azarkeşlərimizə qədər hamı bir olmalıdır.

 

- Müdafiə xəttində hər hansı bir dəyişiklik gözlənilirmi?

- İnanıram ki, müdafiə xəttimiz daha yaxşı oyun sərgiləyəcək. Rəşada ünvanlanan təzyiqlər var. Lakin biz bunlardan uzaq olmalıyıq. Klubun uğurlarında ən böyük pay sahibi olanlardan biri Sadıqovdur.

 

- Araz Abdullayevin komandaya cəlb olunması gündəmdədirmi?

- Arazın bəzi klublarla problemləri var. Biz dünəndən maraqlanmağa başlamışıq ki, bunu necə həll etmək olar. Öz tərəfimizdən kömək etməyə çalışırıq.

 

- Sabahkı oyunda əsl “Qarabağ”ı görəcəyikmi?

- Mütləq yaxşı oynamalıyıq. Heç bir komandaya qarşı oynamaq asan deyil. Hər bir komandanın öz oyun tərzi var. Biz sabah qalib gəlmək istəyiriksə, daha yaxşı oynamalıyıq.

 

- Start heyətdə Rəşad olacaq, yoxsa Jezniçak?

- Rəşad olacaq.

 

- Bu oyunun millimizin hazırlığına hər hansı bir təsiri olacaqmı?

- İnandırıcı deyil, çünki tam fərqli turnirdə, fərqli komandalar olacaq. “Qarabağ”ın oyunu ilə millinin oyunu bir-birinə mane olmamalıdır.

 

- Emeqara sanki meydanın mərkəzinə çox qayıdır. Topla çox oynayır. Bu sizin tapşırığınızdırmı?

- Elə bir oyunçu yoxdur ki, meydanda 90 dəqiqə mənim verdiyim tapşırığı yerinə yetirsin. Hər bir oyunçuda belə şeyləri görürük. Sabah daha çox hücumda olmalıyıq.

 

- Erkən qol üçün “Qarabağ” irəli atılacaqmı? Yoxsa zamanını gözləyəcək?

- Hər bir halda topu daha çox özümüzdə saxlamaq istəyirik. Top bizdə çox qalsa, qol imkanlarımız da artar. “Neftçi”ilə oyunu yada salmaq istəyirəm. Orda vurulan qol anında top bizdə deyildi. Əks-hücumda qolu vurduq. Oyunda əsas topa düzgün sahib olmaq lazımdı. Elə oyunlar olub topsuz qalmışıq. Rəqib daha yaxşı oynayıb.

 





29.08.2018    çap et  çap et