- Sabah çətin oyunun bizi gözlədiyini bilirik. İlk oyunda aldığımız nəticə şanslarımızı artırır. Topla çox yaxşı oynamağı bacaran komandadır. İlk oyundan fərqli olaraq, sabah daha yaxşı oyun göstərməliyik. Fiziki cəhətdən yaxşı hazırlaşmışıq. Əlimizə düşən şanslardan yaxşı istifadə etməliyik.
- Bakıda sizi nələrin gözlədiyini bilirsizmi?
- Bizi nəyin gözlədiyini yaxşı bilirik. Sabah stadion dolu olacaq. Lakin biz belə azarkeşlər qarşısında oynamağı bacarırıq.
- Sabah “Şerif”in ifasında yenə ehtiyatlı oyun görəcəyik?
- “Qarabağ” ötən il ÇL-ə düşməklə Avropada özünü tanıtdı. Müdafiə olunmaq lazım olsa, müdafiə olunacağıq. "Qarabağ” qol vursa, biz də qol vurmağa çalışacağıq.
- Roberto Bordindən məsləhətlər almısınızmı?
- “Qarabağ”ın “Neftçi” ilə keçirdiyi oyunu izləmişəm. Güclü və zəif tərəflərini bilirik. Bordinlə danışmamışam. Buna ehtiyac yoxdur.
- Emeqaranın sabah meydanda olması sizə hər hansı çətinlik yaradacaqmı?
- Emeqaranın oyunlarını təhlil etmişik. Biz öz oyunumuzu oynamalıyıq. “Qarabağ”ın güclü futbolçuları var. Öz şanslarımızı gözləyib bundan istifadə etməliyik.
- Sabah “Qarabağ” “Şerif”i 2:0, 3:0 hesabı ilə məğlub etsə, komandada gələcəyiniz necə olacaq?
- Bu haqda danışmaq çətindir. Qarşımıza Avroliqaya düşmək kimi bir məqsəd qoyulmayıb. Yenilənmiş komandayıq. Hər komanda, hər futbolçu istəyir ki, ölkəsini Avropada layiqincə təmsil etsin.