Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin deputatı Martin Sonnebrornun Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sağlam düşüncəli insanlar münaqişənin nə olduğunu yaxşı dərk edir.
“Bu adamın siyasi təbliğat posterinə baxmaq kifayətdir. Brüsseldə erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir. Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar.
Hətta deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına əvvəllər bu kimi səfərlər təşkil edərək özü də bilmədən işğalın əsl həqiqətlərinin bəzi lazımı insanlara çatdırılmasına xidmət edib. Maraqlıdır, görəsən klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı?”