Vaxt.Az

Bank fırıldaqçısı Sərkisyan ...


 

Ermənistan keçmiş rəhbərinə yeni ittiham

Bank fırıldaqçısı Sərkisyan ... Ermənistanın sabiq prezidenti Serj Sərkisyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir.

Ermənistan KİV-ləri xəbər verir ki, “Kredit Yerevan” ASC və “Lev Marsed” MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək vəzifəli rəsmilərinin, o cümlədən Serj Sərkisyanın vəzifə səlahiyyətlərini aşdığı barədə faktiki dəlillər əldə olunub.

İstintaq zamanı əldə edilən məlumatlar Ermənistan Xüsusi İstintaq Xidmətinə ötürülməsi məqsədilə Baş Prokurorluğa göndərilib.

 





30.08.2018    çap et  çap et