«Qafqazinfo» xəbər verir ki, bayraqdar bu addımı X. İsmayılovanın bir neçə gün əvvəl facebookda Türkoğlunun MTN-lə əməkdaşlıq etməsi barədə yaydığı sənədə görə atdığını bildirib: «Bu saxta sənədi Xədicə İsmayılova 2010-cu ildə Əli Kərimlinin kabinetində hazırlayıb».
E. Terkoğlu həmçinin X. İsmayılovaya açıq məktub da yazıb: «Mən ömrüm boyu heç bir qadının qəlbinə dəyməmişəm və bundan sonra da dəyməyəcəyəm. Qadınları biz kişilərin başının tacı sanmışam. Amma bu gün sənə qarşı hörmətim azalıb. Üç il bundan əvvəl saxta bir sənəd hazırladınız ki, guya mən MTN-in agentiyəm, MTN hər ay mənə 600 manat maaş verir. Siz məhkəmədə mənə sübut etməlisiniz ki, MTN-in agent olmuşam».