Vaxt.Az

Ağdamlılar “Şerif”i “doladı”


 

“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı

Ağdamlılar “Şerif”i “doladı” “Qarabağ” – “Şerif” oyunu 3:0 hesabı ilə komandamızın xeyrinə başa çatdı. Beləliklə, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Qrup mərhələsinin püşkatması sabah keçiriləcək.

***

 

55-ci dəqiqədə Filip Ozobiç “Qarabağ”ın 3-cü qolunu vurdu

 

***

 

“Qarabağ” - "Şerif" oyununda daha bir qol vuruldu. Oyunun 42-ci dəqəqəsində künc zərbəsindən ötürülən topu “Qarabağ” oyunçusu Donald Gerye başla tora göndərdi. Beləliklə, hesab 2:0 “Qarabağ” xeyrinədir.

 

21:09

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb. Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Moldovanın "Şerif" komandasını qəbul edir.

Komandalar yaşıl meydana  bu “11-lik”lərlə çıxıblar:

“Qarabağ”: 13. Vaner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnoset Emeqara, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

 

“Şerif”: 33. Sergey Paşçenco, 4. Petru Raku, 9. Jo Santos, 15. Kristiano 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Zigi Badibanqa, 55. Mateo Suşiç (K), 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk.

Ehtiyat oyunçular: 21. Nikolay Çeborati, 7. Gerson Rodriges, 8. Ceremi de Noyer, 14. Benjamin Balima, 19. Antun Paliç, 35. Ante Kulişiç, 45. Əl-Hacı Kamaran.

Baş məşqçi: Qoran Sabliç.

 





30.08.2018    çap et  çap et