Vaxt.Az

“Topla yaxşı oynadılar”


 

Qoran Sabliç: ““Qarabağ” buna layiq idi”

“Topla yaxşı oynadılar” “Şerif”in baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ"a 0:3 hesabıyla məğlub olduqları oyunu şərh edib.

Vaxt.az xəbər verir ki, Moldova təmsilçisinin çalışdırıcısı media nümayəndələri ilə görüşdə bunları deyib:

 

- “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün güclü komandaya qarşı oynadıq. Ümid edirdik ki, ən azı heç-heçə ilə növbəti mərhələyə keçərik. “Qarabağ”ın ilk qolundan sonra növbəti qollar da ardıcıl gəldi. Topla yaxşı oynadılar.

 

- Məğlubiyyətə səbəb “Qarabağ”ın güclü oyun idi, yoxsa “Şerif”in aciz oyunu?

- “Qarabağ”ın möhtəşəm oyununu qeyd etməliyəm. Nəticə oyuna görə idi. “Qarabağ” buna layiq idi. Əsas məsələ səfərdə qol vurmaq idi, lakin bunu bacarmadıq. Hücumlar qurmaqda çətinliklərlə üzləşdik.

 

- Bu gün “Qarabağ” sizi nə ilə təəccübləndirdi?

- “Qarabağ” kimi komandanı ancaq tərifləyə bilərəm. İnamlı futbol sərgiləyirlər.

 

- Sirr deyilsə, Qurban Qurbanova oyundan sonra nə dediniz?

- Onu qələbə münasibəti ilə təbrik etdim. (komanda.az)

 





31.08.2018    çap et  çap et