Sərgi sentyabrın 1-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsullarımızın Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçininn iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir. Azərbaycanın Çinə təşkil olunmuş ixrac missiyası avqustun 29-dan etibarən Urumçi şəhərində səfərdədir.
İxrac missiyası çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər keçirilir, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılır.