Peso, çərşənbə günü Dollar qarşısında 11.5 faiz dəyər itirərək 38.2 səviyyəsindən əməliyyat olunub.
Artan iqtisadi böhran səbəbilə Argentina, Beynəlxalq Valyuta Fondundan (BVF) ölkəyə verilməsi planlaşdırılan kreditinin daha tez sərbəst buraxılmasını tələb etmişdi. Bu xəbər investorları narahat edib. İnvestorlar hesab edirlər ki, Argentina borclarını ödəməyə bilər.
Argentina pesosu il əvvəlindən bu yana dollar qarşısında 40 faiz dəyər itirməsi ölkə yeni bir iqtisadi böhran yaşayır.
BVF Argentinanın tələbi ilə ölkəyə 50 milyard dollar borc verilməsini nəzərdə tutan 3 illik “stand-by” müqaviləsini iyun ayında rəsmən təsdiq edib.
Qeyd edək ki, 1 Argentina pesosu 0.044 Azərbaycan manatına bərabərdir.