Tramp, “Düzəlməsələr, ABŞ-ı təşkilatdan çıxaracam”, - deyib.
Tramp, keçən ay verdiyi açıqlamada da, ABŞ-ın ÜTT tərəfindən uzun illər "çox pis" rəftar görərək əlverişsiz mövqeyə itələdiyini iddia etmiş və təşkilatın fəaliyyətini dəyişdirməsi lazım olduğunu bildirmişdi.
ABŞ-ın Ticarət Nümayəndəsi Robert Laytizer (Robert Lighthizer) yanvar ayında etdiyi açıqlamada, Çinin 2001-ci ildə ÜTT-yə üzvlüyünün səhv qərar olduğunu demişdi.
Mütəxəssislər, çoxmillətli azad ticarət sistemini qurmaqda liderlik edən ABŞ-ın ÜTT-dən çıxması halında, başda ABŞ olmaqla qlobal iqtisadiyyatın və dünya ticarətinin mənfi təsir göstərəcəyini vurğulayırlar.