Dollar və Avro Türk Lirəsi (TL) qarşısında bahalaşıb. Dünən 3 faiz bahalaşmış ABŞ valyutası dünən də dəyər qazanmaqda davam edib və Bakı vaxtı ilə saat 17:10-da 6.7918 lirə olub. Dünən dollar lirə qarşısında 5 faiz də bahalaşıb.Avro da 4,8 faiz bahalaşaraq 7.9366-nı görüb.
Qeyd edək ki, Qurban Bayramından öncə hökumətin verdiyi qərarlar ilə 5.70 Lirəyədək düşmüş dollar bayram ərəfəsində 6 lirə ətrafında idi.
***
Türkiyə Prezidentinin fərmanı ilə Türk Lirəsində banklarda yerləşdirilən əmanətlər vergidən azad edilib. Fərman Türk Lirəsində əmanətin təşviq edilməsi məqsədini güdür.
1 ildən uzun müddətli Türk Lirəsi əmanətlərinin faiz gəlirləri üçün vergi dərəcəsi sıfıra endirilib. 1 ildən qısa müddətə yerləşdirilən əmanətlərə görə əldə edilən gəlirlərdən isə müddətdən asılı olaraq 3 faiz və 5 faiz vergi tutulacaq.
Banklardakı xarici valyuta əmanət hesablarından alınan vergi faizində isə artıma gedilib (müddətdən asılı olaraq 13-20 faiz vergi).
çap et