Bu iddialara azərbaycanlı sələfilərin lideri, «Əbu Bəkir» məscidinin şeyxi Hacı Qamət Süleymanov münasibət bildirib.
O, azvision.az-a açıqlamasında deyib ki, İsrafil Abutalıbovun Suriyaya getməsi xəbərinin həqiqət olduğunu düşünmür: «Yalan məlumatdır. Məncə, o elə insan olmaz».
İ.Abutalıbovla şəxsən tanışlığının olub-olmadığına gəlincə, Hacı Qamət deyib ki, onu bir neçə dəfə məsciddə görüb: «Şəxsən tanışlığım yoxdur. Bir neçə dəfə İlahiyyat məscidində görüb salamlaşmışam. Kim olursa-olsun, mənim camaatla yaxından tanışlığım yoxdur».
Hacı Qamət vurğulayıb ki, namaz qılmaq hamının borcudur: «Biz qeyri-adi bir şey deyilik, sələfilərik. Amma namaz qılmaq hamının borcudur. Onun dəqiq hansı təriqətin üzvü olduğunu bilmirəm. Amma müsəlman kimi namaz qılır, burada nə var ki?!».