Vaxt.Az

İspaniyada “pomidor döyüşü”


 

160 ton məhsulu zay ediblər

İspaniyada “pomidor döyüşü” Valensiyanın yaxınlığında yerləşən Bunol şəhərində hər il 20 min insanın iştirak etdiyi pomidorlarla əsl döyüşü xatırladan “La Tomatina” bayramı keçirilib.“Döyüş” aparılması üçün 160 ton yetişmiş pomidor lazım gəlib. “Pomidor döyüşü” (La Batallа del Tomate) kimi tanınan məşhur “La Tomatina” festivalı ənənəvi olaraq avqustun son həftəsində ölkənin şərqindəki Bunol şəhərində keçirilir. Sona çatan yay fəslinə həsr edilən bu tədbir, bütün ispan festivalları kimi, bayram atəşfəşanlığı, musiqi və rəqslərlə müşayiət olunur. Lakin pomidor festivalının şəhərə çox sayda qonaq cəlb edən fərqli bir xüsusiyyəti də var. Bu bayramın kulminasiya nöqtəsi şəhər meydanında təşkil olunan pomidor döyüşüdür.
 





31.08.2018    çap et  çap et