Vaxt.Az

“Seçkilərdə iştirak edəcəm”


 

Köçəryan siyasətə qayıtdığını bəyan etdi

“Seçkilərdə iştirak edəcəm” Ermənistanın keçmiş prezidenti Robert Köçəryan növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir. Modern.az xəbər verir ki, o, bu barədə Ermənistanda “Sputnik”ə müsahibəsində deyib.

“Və əgər mən siyasətə qayıtdığımı elan edirəmsə, onda müvafiq olaraq, bu seçkilərdə iştirak edəcəyəm”, - deyə Koçaryan bildirib.

Seçkilərdə iştirakın formatına gəlincə, Robert Köçəryan müzakirə üçün hələ kifayət qədər vaxtın olduğunu vurğulayıb. "Vəziyyət çox sürətlə inkişaf edir. Və düşünürəm ki, formatla bağlı sualı açıq saxlamaq lazımdır”, - o əlavə edib.

 O əmindir ki, Ermənistan vətəndaşlarına populist şüarlar və adamlar lazım deyil. Eks-prezident hesab edir ki, indiki şəraitdə müxalifət mərkəzlərindən və ya qütblərindən biri ola bilər. Köçəryan hələ bilmir ki, hansı siyasi partiyaları “siyasi döyüşlərdə” onu dəstəkləyəcək. Bu zaman eks-prezident Respublika partiyası və “Çiçəklənən Ermənistan” partiyasına ümid bəsləyir.

“Amma mən ilk növbədə öz gücümə, eləcə də vətəndaşların mənim ətrafımda birləşəcəyinə inanıram”, - o əlavə edib.

 





31.08.2018    çap et  çap et