«Turan»ın məlumatına görə, təşkilatın rəhbəri, iqtisad elmlər doktoru Qubad Ibadoğlu jurnalistlərə bildirib ki, ofisin rəhbəri «qonşuların şikayətlərinə» əsaslanaraq yeri dərhal tərk etməyi təklif edib, fevralın 17-də ofis boşaldılıb. Koalisiyaya 120 qeyri-hökumət təşkilatından başqa Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, həmçinin neft və qaz hasilatı üzrə layihələr çərçivəsində xarici tərəfdaşlar daxildir. Təşkilatın məqsədi iştirakçıların fəaliyyəti və maliyyə intizamları ilə bağlı hesabatlarının şəffaflığıdır.
Qubad İbadoğlunun sözlərinə görə, əslində onların ofisdən çıxarılmasının əsasında siyasi motivlər dayanır. O, hökuməti qərəzli addımlar atmaqda, cəmiyyətə şəffaf hesabat verməməkdə və qarşılıqlı münasibətlərin normalarını pozmaqda ittiham edib.