Ukrayna kəşfiyyatı Zaxarçenkonu çoxdan izləyirdi. Ümumiyyətlə, indiyədək Donbassdakı qanunsuz silahlı birləşmələrin məşhur komandirlərinin əksəriyyəti aradan götürülüb. Separatçıların nəzarətindəki ərazilərdə Ukrayna dövlətinə sadiq xeyli adam, o cümlədən keçmiş hüquq-mühafizə orqanları əməkdaşları qalıb. Böyük ehtimalla Ukrayna dövlətinin müvafiq qurumları kəşfiyyat-diversiya əməliyyatlarında onlardan yararlanır.
Başqa bir versiya da var ki, Moskva Qərblə anlaşaraq Donbass problemini həll etmək istədiyi üçün sülhə mane ola biləcək odioz fiqurları aradan götürür.
İstənilən halda, müsbət hadisədir.
P.S. Separatçıların “vergilər naziri” Aleksandr Timofeyev isə olay nəticəsində yaralanıb.